Dünya

5 ildən sonra İLK DƏFƏ! İki ölkə arasında GƏRGİNLİK azalır

19 İyun 2023 09:19
Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken rəsmi səfər çərçivəsində Çinin paytaxtı Pekinə gəlib. Blinkenin səfəri son 5 il ərzində ABŞ-dan Çinə xarici işlər naziri səviyyəsində ilk səfərdir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, iki günlük səfər çərçivəsində Blinken Çinin xarici işlər naziri Qin Qanq ilə görüşüb.

Blinkenin daha sonra Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi ilə görüşü olub. Sabah isə ABŞ dövlət katibinin Çin prezidenti Si Cinpinlə görüşəcəyi gözlənilir.

Hər iki ölkənin rəsmiləri iki gün ərzində keçiriləcək danışıqlardan yüksək səviyyəli qərar gözləməsələr də, danışıqların əsas məqsədinin iki ölkə arasında gərgin olan siyasi mühiti yumşaltmaq və sabitliyi bərpa etmək olduğunu qeyd ediblər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying ABŞ rəsmilərinin səfərindən məmnun olduqlarını və bu səfərin İndoneziyada keçirilən G20 Sammitində bir araya gələn ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpin tərəfindən razılaşdırıldığını bildiriblər. Bu, münasibətləri yaxşılaşdırmaq üçün razılaşmanın ilk addımıdır.

Xatırladaq ki, Blinkenin fevral ayında Çinə səfər edəcəyi açıqlanmışdı, lakin Çinə aid casus şarının ABŞ hava məkanına düşməsindən sonra səfər təxirə salınmışdı.

ABŞ-dan Çinə sonuncu diplomatik səfər 2018-ci ildə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo tərəfindən olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.