Dünya

Bu ölkədə 98 nəfər istidən öldü

18 İyun 2023 12:00
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar-Pradeş və Bihar ştatlarında son üç gündə kəskin istilər nəticəsində azı 98 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Uttar-Pradeş ştatının Balliya rayonunda iyunun 15-17-də 400 nəfər sağlamlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib, onlardan 54-ü sonradan dünyasını dəyişib. Bu günlərdə havalar isti keçib. Belə ki, cümə günü 42,2 dərəcə isti olub.

Bölgənin səhiyyə müdiri Jayant Kumar bildirib ki, ölənlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olub: "Onların hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, kəskin istilər onların vəziyyətini ağırlaşdırıb".

Oxşar vəziyyət ötən gün qonşu Bihar ştatında da müşahidə olunub. Orada 44 nəfər ölüb. Ştatda istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.