Dünya

Tokioda dünyada ən böyük “Harri Potter” parkı açılıb - VİDEO - FOTO

15 İyun 2023 17:58
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokioda "Harri Potter" filmlərindən ilhamlanan əyləncə parkı açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "The Warner Bros Studio Tour Tokyo - The Making of Harry Potter" adlı park dünyanın ən böyük qapalı "Harri Potter" attraksionudur. Burada Hoqvarts Məktəbinin dekorasiyaları və ziyarətçilərə özlərini "Harri Potter" filmlərinin iştirakçıları kimi hiss etməyə imkan verəcək texnologiyalar nümayiş olunur.

Xüsusilə, parkda hərəkət edən şəkillər diqqət çəkir.

Qeyd edək ki, Yaponiyadakı qapalı park dünyada ikinci belə attraksiondur. Onun ilk analoqu "Studio Tour London" 2012-ci ildə Londonda açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.