Dünya

Kolumbiyada yüzlərlə insan “pomidor döyüşü”nə çıxdı: Ortalıq “qan gölü”nə döndü

13 İyun 2023 16:27
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın Stumarçan şəhərində bölgəyə məxsus "Tomatina" festivalı keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yüzlərlə insan bölgədəki fermerlərin bağışladığı 35 ton çürük pomidoru bir-birilərinin üzərinə atıb. Qısa müddət sonra ortalıq qıpqırmızı rəng alıb.

Festival üçün yaradılmış əraziyə yük maşınları ilə gətirilən pomidorlar ot örtüyünün üzərinə töküldükdən sonra start fiti çalınıb və insan kütləsi sahəyə axışıb, əllərində olan pomidorları bir-birinin üzərilərinə atmağa başlayıblar. Hətta bundan "gözü doymayan" bəzi iştirakçılar pomidor yığınının içinə atılaraq qırmızı rəngə boyanıblar.

Tədbirin sonunda pomidorların hamısı "tomat pasta"sına çevrilib, "döyüşçülər"in paltarına yapışan əzilmiş pomidorlar isə təzyiqlə su vurularaq təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.