Kinburnda daşqın ciddi deyildi, buna görə də rus hərbi qrupuna həlledici təsir göstərmədi.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.
"Onlar kritik dəyişikliklərə getməyiblər, oradakı daşqınlar ciddi deyildi, bu, yerləşdirməyə təsir göstərməyib", - o bildirib.
Qumenyukun sözlərinə görə, suyun səviyyəsi qalxdıqdan sonra ruslar təşvişə düşüb və hətta təxliyə üçün helikopterlərlə getməyə cəhd ediblər:
"Lakin su çəkildikdən sonra rus işğalçılar öz mövqelərinə və dinc əhalini atəşə tutmaq taktikasına qayıtdılar".
Milli.Az