Dünya

Kolumbiyadan Almaniyaya qayıdan narkobaron dini musiqi ifaçısı oldu - FOTO

11 İyun 2023 15:51
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın şimalındakı Flensburqdan olan Nils Petersen 22 yaşında R.E.A.L təxəllüsü seçərək musiqiçi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunadək isə o, Kolumbiyada narkotik kartellərindən biri üçün işləyib.

Petersen Kolumbiya paytaxtının hava limanında Almaniyaya 550 qram kokain keçirməyə cəhd edərkən saxlanılıb. O, 12 il həbs cəzasına məhkum edilərək Cənubi Amerikanın ən təhlükəli həbsxanası olan La Modeloya göndərilib.

Həbsxanada olarkən Nils protestant ayinlərində iştirak etməyə başlayıb və dindar xristian olub.

2013-cü ildə ifaçı 12 əvəzinə 4 il həbsdən sonra azadlığa çıxıb və özünü dinə həsr edib.

Peterson vətəni Flensburqa qayıdıb. İndi o, iki uşaq atası və "Real Talk Records" musiqi leyblının rəhbəridir. Nils digər altı xristian repçi ilə birlikdə dini musiqi yazır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.