Dünya

Avtomobil yarışı zamanı qətliam - 10 ölü, xeyli yaralı var

21 May 2023 09:36
Baxış: 1 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın San-Visente şəhərində keçirilən "Cachanillazo" avtomobil yarışı zamanı naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ən azı on yarış sürücüsü həlak olub, doqquz nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın baş prokurorunun bəyanatına istinadən "Fox8" telekanalı məlumat yayıb.

Bir neçə silahlı şəxs içərisində sürücülərin əyləşdiyi yarış avtomobillərinə atış açıblar. Məlumatda öldürülənlərin kimliyi və vətəndaşlığı açıqlanmayıb.

Faciə yerli sakinlər və ölkənin hər yerindən gələn sürücülər arasında qəzəbə səbəb olub. Meksika hakimiyyəti artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və günahkarların tapılaraq cəzalandırılacağına söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.