Dünya

Baxmutda şiddətli döyüşlər davam edir

12 May 2023 21:42
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baxmut şəhəri uğrunda davamlı döyüşlər davam edir, rus ordusu Baxmut istiqamətində hücumlarını davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

"Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Maryinka istiqamətlərində cəmləşdirməkdə davam edir. Ümumilikdə, gün ərzində düşmən cəbhənin bu bölmələrinə 36 hücum edib, Baxmut və Maryinka döyüş əməliyyatlarının episentrində qalır", - Baş Qərargah bildirib.

Qeyd edək ki, bu gün Rusiya MN bəzi bölmələrin Baxmutun şimalından geri çəkildiyi barədə məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.