Dünya

Dəniz quldurları səyahət gəmisini ƏLƏ KEÇİRDİ

23 Aprel 2023 22:35
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı dənizdə səyahət yaxtası yoxa çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, 17 aprel tarixində Səudiyyə Ərəbistanının Cizan limanından yola çıxan yaxta Rumeyn adasının ərazisində lövbər salıb və radarlardan itib.

Artıq bir həftədir ki, ekipaj heyəti ilə əlaqə saxlamaq mümkün olmur.

Gəminin yerini müəyyən etmək də mümkün deyil, çünki avtomatik identifikasiya sisteminin transponderləri söndürülüb.

Məlum olub ki, Qırmızı dənizdə itən səyahət gəmisi dəniz quldurları tərəfindən ələ keçirilib.

Bu barədə kapitanın həyat yoldaşı Nadejda Rasina Rusiya mediasına açıqlamasında deyib.

O bildirib ki, həyat yoldaşı və ekipaj heyəti ilə əlaqə saxlamaq üçün Rusiya XİN-ə müraciət edib.

"Yaxtanı quldurlar ələ keçirib. Bu məlumat Səudiyyə Ərəbistanından gəlib. Heç bir təfərrüat yoxdur", - deyə Rasina bildirib.

Qeyd edək ki, yaxtada 3 Rusiya vətəndaşı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.