Dünya

Rusiya xüsusi təyinatlıların 95 %-ni niyə itirib?

17 Aprel 2023 09:23
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kreml öz döyüşçülərindən təyinatına görə deyil, hücum üçün piyada kimi istifadə edib. Burada problem ondan ibarətdir ki, ordudan düzgün istifadə olunmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Denis Popoviç Rusiya xüsusi təyinatlılarının itkilərinin 95 % olması barədə məlumatı şərh edərkən deyib.

"Yəni müdafiəni ələ keçirmək və yarmaq üçün möhkəmləndirilmiş mövqelərə basqın etmək xüsusi təyinatlıların vəzifəsi deyil. Onlar üçün müəyyən tapşırıqlar olur, kifayət qədər spesifik və konkret... Bu vəziyyət rus işğalçıları arasında ixtisaslı piyadaların çatışmazlığından xəbər verir. Rusiyanın bu potensialını bərpa etmək üçün illər lazım olacağı barədə kəşfiyyat məlumatları ilə razılaşa bilərik",- o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.