Dünya

Trampı səkkiz saat prokurorluqda saxladılar

14 Aprel 2023 23:57
Baxış: 892
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ifadə vermək üçün prokurorluqda səkkiz saat qalıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Tramp  Nyu-Yorkun Baş prokuroru Letisiya Ceymsin ofisinə səhər saat 9:30-da gəlib, axşam saat 18:00-dan sonra çıxıb.

Tramp maliyyə hesabatlarını saxtalaşdırmaqda 34 maddə ilə ittiham olunub. O, ittihamların heç biri üzrə özünü təqsirli bilməyib. 

Bildirilib ki, Tramp susmaq hüququndan istifadə etmədən müstəntiqlərin suallarını cavablandırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti müvəqqəti həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.