Dünya

Baxmutda son durum - ağır döyüşlər gedir, “Vaqner” muzdluları məğlubiyyətə uğrayır

14 Aprel 2023 13:35
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Baxmutda nizami qoşundan istifadə etməyə məcburdur. Çünki "Vaqner" muzdlu hərbi təşkilatı uğursuzluğa uğrayır, işinin öhdəsindən gələ bilmir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Baxmutda vəziyyət gərgindir: "Şəhərdə küçə döyüşləri gedir".

S.Çerevatı Baxmutun nə qədər ərazinin Rusiyanın nəzarətində olduğunu açıqlamayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Təxminən 6 aydır Donetsk vilayətinin Baxmut şəhərində Rusiya və Ukrayna qoşunları arasında gərgin döyüşlər gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.