Dünya

Taksi sürücüsü 15 yaşlı məktəblini zorlamağa cəhd etdi

14 Aprel 2023 12:00
Baxış: 1 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda taksi sürücüsü 15 yaşlı 9-cu sinif şagirdini maşında zorlamağa cəhd edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, məktəbli aprelin 9-da axşam saatlarında dostları ilə gəzintidən sonra evə getmək üçün taksi çağırıb. Məktəbli qızın dediyinə görə, o, arxa oturacaqda əyləşib. Səfər zamanı sürücü həm sərnişinin yaşı, həm də onu yola salanlarla maraqlanıb.

Təyinat yerinə az qalmış kişi maşını saxlayıb, qapıları bağlayıb və uşağın olduğu maşının arxasına keçib. Qızın dediyi kimi, təcavüzkar bir əli ilə onun şalvarının altına, digər əlini isə sinəsinə qoyub. Bundan sonra məktəbli kişini qasıq nahiyəsindən kəskin şəkildə vuraraq küçəyə qaçıb.

Məktəbli qız hadisə barədə anasına yalnız aprelin 11-də məlumat verib, ertəsi gün isə xəstəxanaya gedib. Taksi sürücüsünün hansısa şirkətlə əməkdaşlıq edib-etmədiyi, yaxud şəxsi ticarətlə məşğul olub-olmadığı məlum deyil. Hadisənin qalan halları araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.