Dünya

Ucuz bilet alıb təyyarəyə minən sərnişin gözlərinə inanmadı - FOTO

14 Aprel 2023 09:18
Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyadan Portuqaliyaya yollanan sərnişin ucuz bilet aldığı təyyarənin yeganə sərnişini olub.

Hadisə Belfast-Faro reysində baş verib.

Təyyarənin yeganə sərnişini Pol Uilkinson uçuşu qeyri-real adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlcə girişdə heç bir adamın olmadığına görə təəccüblənib.

Sərnişini qarşılayan stüardessalar 65 yaşlı sərnişinə ucuz bilet almağına baxmayaraq, təsadüfən boş təyyarəyə mindiyi üçün onun VİP persona olduğunu deyiblər.

Stüardessalar Uilkinsonu uçuş boyu "kral" adlandıraraq, onun bütün xahişlərini yerinə yetirməyə çalışıblar.

"Bu, şəxsi təyyarəmdə uçmaq kimi idi. Biri mənə demişdi ki, şəxsi təyyarənin qiyməti təxminən 28 000 funt sterlinqdir. Güman edirəm ki, bu, bir daha mənim başıma gəlməyəcək", - deyə Uilkinson təəssüratını bölüşüb.

Sərnişin təyyarədə gəzə bildiyini, xoşuna gələn yeri seçdiyini və hətta uçuşdan əvvəl pilotla söhbət etdiyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.