Dünya

Ərdoğan ABŞ səfiri ilə görüşdən İMTİNA ETDİ: Onun üçün qapılar bağlıdır

3 Aprel 2023 07:18
Baxış: 2 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Cozef Baydenin səfiri Kamal bəylə görüşüb. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz Prezidentdir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"O zaman hansı üzlə durub Prezidentlə görüş istəyəcəksən? Qapılarımız onun üzünə bağlıdır, daha içəri girə bilməyəcək. Fleyk öz yerini bilməlidir. Diplomat səfirin necə işləməli olduğunu bilməlidir. Bunu bilməsə, bu qapıdan girə bilməyəcək"-deyə, o bildirib.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi müxalifətin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.