Dünya

Sankt-Peterburqda partlayış olub, hərbi bloger ölüb - VİDEO - FOTO

2 Aprel 2023 21:57
Baxış: 1 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

21:57

Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində bir nəfər həlak olub, daha 25 nəfər yaralanıb, 19 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov öz "Telegram" kanalında yazıb.

Qubernatorun sözlərinə görə, şəhərdə zərərçəkənlərə yardım göstərmək üçün bütün lazımi resurslar var.

---------

20:01

Rusiyanın Sankt-Peterburq şəhərindəki Universitetskaya küçəsində yerləşən kafedə partlayış olub.

Milli.Az bildirir ki, həmin vaxt kafedə rusiyalı hərbi reportyor, hərbi bloger, Ukrayna müharibəsi ilə bağlı propaqanda ilə məşğul olan Vladlen Tatarskinin pərəstişkarlarla görüşü keçirilib. 

İlkin məlumatlara görə, partlayışda Tatarski ölüb, daha 15 nəfər xəsarət alıb.

İrfan

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.