Dünya

Rusiyanı iki nəfər idarə edir - Piontovski

2 Aprel 2023 16:51
Baxış: 1 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Rusiyanı iki nəfər - Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev idarə edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib.

O, Putinin nüvə şantajının düz 15 il işlədiyini deyib:

"Biri nüvə bombasını yelləyir. Baxın, nüvə şantajı 15 il işlədi. Vaşinqtonda dedilər: "Putini təhrik etməyək". Əvvəlcə bir neçə il Ukraynaya "Javelin" vermədilər. Eyni söhbət gedirdi ki, Putini təxribata çəkmək olmaz, birdən nüvə silahına əl atar. Sonra da "Stinger", haubitsa, HİMARS, "Patriot", "Abrams" və s. Hamısı verildi! Oyun bitdi. Ondan artıq heç kim qorxmur, ona başa saldılar ki, məhv ediləcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.