Dünya

Naməlum şəxs Şoltsun mənzilinə girmək istədi - FOTO

28 Mart 2023 18:48
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun Potsdamdakı mənzilinə daxil olmağa cəhd edib, lakin onun cəhdi uğursuz alınıb.

Bu barədə ölkənin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb.

Məlumata görə, insident bazar günü axşam saatlarında baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Almaniya kanslerinin də yaşadığı Potsdamın mərkəzindəki binaya quldur girib. Şolts özü həmin vaxt Berlində Federal Kansler Ofisində iclasda olub.

Yerli mətbuatın yazdığına görə, təhlükəsizlik kamerasından çəkilmiş fotoda üzündə "Halloween" maskası olan bir kişi görünür. O, əlcək və alın fənəri taxıb, gödəkçə geyib. Naməlum şəxs mənzilə daxil olmaq istəyən zaman diqqət çəkib. Onu gördüklərinin fərqinə vardıqda isə dərhal qaçıb.

Polis hadisə yerinə baxış keçirib, şübhəlini axtarışa verib.

Bundan əlavə, binanın təhlükəsizlik tədbirləri və mühafizəsi gücləndirilib.

Qeyd edək ki, Şolts bu mənzilə 2021-ci ildə həyat yoldaşı Britta Ernst ilə birlikdə köçüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.