Dünya

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

22 Mart 2023 19:34
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kırklarelinin Vize rayonunda keçən il yağışlarla dolub-daşan Kazandere bəndi bu il yağıntı olmaması səbəbindən qurumaq həddindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin məlumatına görə, şəhəri su ilə təmin edən hövzədə suyun səviyyəsi iyul ayından etibarən azalmağa başlayıb. Hazırda bənddə 1 milyon 45 min kubmetr su qalıb ki, bu da onun tutumunun cəmi 8%-ini təşkil edir.

Qeyd olunur ki, İstanbulu su ilə təmin edən bölgədəki bəndlərdən biri olan Papuçderedə də vəziyyət kritikdir. Belə ki, onun doluluq nisbəti yüzdə 9,31-ə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.