Dünya

Paris küçələrində 5 min tondan çox zibil yığılıb - VİDEO

14 Mart 2023 19:07
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada kommunal təsərrüfat idarəsi işçilərinin pensiya islahatına qarşı tətil etməsi səbəbindən Paris küçələrində 5 min tondan çox tullantı yığılıb.

Bildirilir ki, qalaqlanmış zibilin üfunət iyini hətta Paris şəhərinin ətrafında yaşayan sakinlər də hiss etməyə başlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş verənlərə rəğmən, martın 12-də Fransa Senatı 10 günlük qızğın müzakirələrdən sonra hələ də kütləvi etirazlara səbəb olan pensiya islahatının qəbuluna səs verdiyi bildirilir.

Qeyd edək ki, Fransa Prezidenti Makronun apardığı sosial siyasət ölkədə ciddi narazılıqla qarşılanıb.  

Xüsusən pensiya yaşının artırılması ilə bağlı təkliflər vətəndaşların ciddi narazılığına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.