Dünya

Rişi Sunak Parisdə Makronla görüşəcək

10 Mart 2023 07:27
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rişi Sunak bu gün Parisdə Makron ilə görüşəcək

Milli.Az APA-ya istinadən xəbər verir ki, Britaniyanın baş naziri Rişi Sunak bu gün Parisdə Böyük Britaniya-Fransa Sammitində Emmanuel Makron ilə bir araya gələcək.

Danışıqlar daxili enerji təchizatını təmin etmək və xalqı Rusiyadan və başqa yerlərdən gələn təhlükədən qorumaq da daxil olmaqla, ortaq problemlərin həlli üçün tərəfdaşlığın möhkəmləndirilməsinə yönəldiləcək. Sammit, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya təcavüzündən sonra Böyük Britaniya və Fransa liderlərinin ilk ikitərəfli sammiti olacaq. Bundan əvvəlki sammit 2018-ci ildə keçirilib.

Böyük Britaniya-Fransa Sammiti Parisdəki Yelisey sarayında baş tutacaq. Sammitdə Britaniyanın daxili işlər naziri, xarici işlər naziri və müdafiə naziri də iştirak edəcək. Daha sonra Britaniya vaxtı ilə saat 14:00-da baş nazir və prezident Makron birgə mətbuat konfransı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.