Dünya

Ukraynanın keçmiş baş prokuroru döyüşə göndərildi

23 Fevral 2023 21:49
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı keçmiş baş prokuror Yuri Luçenkonu zərbə PUA-larının tağım komandiri təyin edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Lutsenkonun nümayəndəsi Larisa Sarqan məlumat verib.

Bildirilib ki, Luçenkoya fevralın 8-də kapitan rütbəsi də verilib.

Lutsenkonun həyat yoldaşı ərinin müharibə başlanadan sonra əvvəlcə Kiyev Ərazi Müdafiə Batalyonunda, daha sonra Nikolayev və Xerson istiqamətində, eləcə də Baxmut və Soledarda döyüşdüyünü deyib.

Qeyd edək ki, Luçenko 2016-2019-cu illərdə Ukraynanın baş prokuroru vəzivəsində işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.