Dünya

Qorxunc müharibə proqnozu: “Yolun yarısına belə çatmamışıq, illərlə...”

20 Fevral 2023 23:27
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək, heç yolun yarısına belə çatmamışıq".

Milli.Az bildirir ki, bunu Hollandiya xarici işlər naziri Vopke Hekstra deyib.

Nazir Ukraynaya hərbi yardımın sürətini azaltmadan davam etməli olduğunu bildirib.

Hekstra müharibədə daha çox əzmkarlığa ehtiyac olduğuna diqqət çəkib:

"Dözməliyik. İndi dəstəyi dayandırmaq olmaz, onda hər şey boşa çıxa bilər. İkinci Dünya Müharibəsinin də tezliklə bitəcəyini düşünürdülər. Heç yolun yarısına belə çatmamışıq", - nazir vurğulayıb.

Hekstra qeyd edib ki, müharibənin nə qədər davam edəcəyinə başqaları yox, Ukraynanın özü qərar verəcək:

"Biz onları dəstəkləyirik. Aylarla, bəlkə də illərlə silah və texnika daşımaqdan başqa seçiminiz yoxdur. Əks halda, danışıqlardan danışmağa belə ehtiyac yoxdur. Döyüş meydanında güclü olanlar sonda danışıqlar masası arxasında uğur qazanacaqlar". /teleqraf.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.