Dünya

Şanlıurfada partlayış olub, ölənlər və yaralananlar var - VİDEO

20 Fevral 2023 15:20
Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Türkiyənin Şanlıurfa şəhərindəki bir binada partlayış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Zədələnən binadan insanlar təxliyə olunub və digər təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonunun partlaması ehtimalı yüksək olsa da, hələ dəqiq deyil.

Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.