Dünya

Rusiyanın yazdakı hücumu nəticə verməsə, hakimiyyət daxilində gərginlik artacaq - Britaniya kəşfiyyatı

20 Fevral 2023 11:18
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmut və Uqledarda itkilər yüksəkdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir.

Kəşfiyyat Xidmətinin məlumatına görə Rusiya Ukraynanın şərqində əsasən üç istiqamətdə - Uqledar, Kremennaya və Baxmuta hücumlarını davam etdirir.

"Xüsusilə Baxmut və Uqledarda itkilərin yüksək olaraq qalır. Konkret olaraq, "elit" 155-ci və 40-cı Dəniz Piyada Briqadaları Uqledarda böyük itkilər veriblər və çox güman ki, döyüşlərdə irəliləyiş əldə edə bilmirlər. İşğalın ildönümü yaxınlaşdıqca Rusiya qüvvələrinə siyasi təzyiq artır. Çox güman ki, Rusiya döyüş meydanındakı reallıqdan asılı olmayaraq, Baxmutun ələ keçiriləcəyini iddia edəcək. Əgər Rusiyanın yazdakı hücumu heç bir nəticə verməsə, o zaman Rusiya rəhbərliyi daxilində də gərginlik artacaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.