Dünya

KİV: Vaşinqton Kiyevə hücuma keçməyi təklif edib

19 Fevral 2023 23:12
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma keçməyi tələb edib və Avropa ölkələrindən hərbi yardımın azaldılması ehtimalı barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bazar günü ABŞ-ın "Politico" qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.

"Bayden administrasiyası təcili olaraq prezident Vladimir Zelenskinin administrasiyasından əldə olunan nailiyyətləri möhkəmləndirməyi və ola bilsin ki, əks-hücum həyata keçirməyi tələb edib", - nəşr yazır.

Qəzet yazır ki, Ağ Ev həmçinin Zelenskinin köməkçilərinə Vaşinqton və Avropadan hərbi yardımın sərbəst şəkildə daxil olduğu vaxtda hücum əməliyyatına hazırlaşmağı tapşırıb. Çünki Ukraynanın avropalı müttəfiqlərinin dəstəyini azaltmaq riski var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.