Dünya

Serdar Avcı kəmərini zəlzələ qurbanlarına bağışladı

16 Fevral 2023 08:43
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur türk boksçu Serdar Avcı WBC Silver Assian kəmərini Türkiyədəki zəlzələdə zərər çəkən uşaqların təhsili üçün bağışlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, boksçu bu kəmərə ötən il sahib olub.

O, 2022-ci ildə Boğazda qayıq içərisində qurulan rinqdə WBC Afrika çempionu nigeriyalı boksçu Toni Salamı məğlub etmişdi.

Qeyd edək ki, S. Avcı WBC Silver Assian Belt matçından əvvəl Mayk Taysonu nokauta salmağı bacaran Denni Uilyamsı 2021-ci ildə Ukraynada məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.