Dünya

Moldova üçün Rusiya təhlükəsi yoxdur - ABŞ

15 Fevral 2023 07:46
Baxış: 597
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ hazırda Moldova üçün birbaşa hərbi təhlükə görmür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

O bildirib ki, Vaşinqton Rusiyanın Moldovanın qanuni yolla seçilmiş hökumətində sabitliyi pozmaq teoriyaları barədə xəbərlərdən dərin narahatdır.

Praysın sözlərinə görə, ABŞ uzunmüddətli təsirlərə qarşı durmaq üçün siyasi dayanıqlığın yaradılması məqsədilə Moldova ilə sıx əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.