Dünya

Türkiyədə Meksikadan gələn axtarış iti dağıntılar altında qalaraq ölüb - FOTO

12 Fevral 2023 20:36
Baxış: 1 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axtarış itinin ölümü ilə əlaqədar mərasim təşkil olunub:

"Qəhrəmancasına çalışdığın üçün təşəkkür edirik. Tapşırığın öhdəsindən gəldin, Proteo", - deyə nazirliyin paylaşımında qeyd olunub.

Qeyd edək ki, Meksika hökuməti dağıntılar altında qalan vətəndaşların həyatını xilas etmək üçün Türkiyəyə 16 təlim görmüş it göndərib.

Həmin itlər bundan əvvəl Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda baş verən zəlzələlər zamanı dağıntılar altında qalmış 12 nəfəri xilas edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.