Dünya

Kim Çen 9 yaşlı qızı ilə bu mesajı verdi göstərdi

11 Fevral 2023 22:57
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu həftə iki yüksək səviyyəli hərbi tədbirdə kiçik qızı ilə iştirak edən Kim Çen İn dünyaya iki mesaj verdi: Kim ailəsi Şimali Koreyanı daha bir nəsil idarə edəcək və heç kimin buna etiraz edə bilməyəcəyinə əmin olmaq üçün nüvə silahını özlərində saxlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, 

bu barədə CNN-in reportajında bildirilib.

Kimin ikinci övladı olduğu güman edilən, təxminən 9 yaşlı Çju E çərşənbə axşamı axşam saatlarında Şimali Koreya lideri və həyat yoldaşı ilə birlikdə Pxenyan hərbi kazarmasında dəbdəbəli ziyafətə qatılıb.

Bir gün sonra o, Şimali Koreyanın paytaxtında Kim İr Sen meydanında qitələrarası ballistik raketlərin (ICBM) paradında iştirak edib.

Qərb müşahidəçiləri hesab edirlər ki, Kim Çenin 3 övladı var, Çju ortancıldır.

Cənubi Koreyadan olan analitiki Çon Son Çanqın fikrincə, Kimin öz varisini bu qədər erkən seçməsinin tarixi presedenti var, çünki atası Kim Çen İr də belə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.