Dünya

Zəlzələdə çökən binanı tikən ustadan ŞOK AÇIQLAMA - 3 ton əvəzinə... - VİDEO

10 Fevral 2023 22:12
Baxış: 3 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar altında qalanların xilas edilməsi prosesi davam edir. Hələ də, bir çox uçan binanın altında çoxsaylı insanların qaldığı bildirilir.

Day.Az CNN Turk-ə istinadən xəbər verir ki, baş verən güclü zəlzələdə daha çox binanın dağılmasının səbəbi isə müzakirə olunmaqdadır. Bir çoxları həmin binaların keyfiyyətsiz tikinti matreallarından istifadə edildiyi üçün dağıldığını bildirir.

Malatyada dağılan bir binanın 15 il əvvəl tikildiyi məlum olub. Tikinti zamanı həmin binanın da keyfiyyətsiz mallardan istifadə edildiyi iddia olunur. Həmin iddianı isə o binanın tikintisində iştirak edən Uğur Kara adlı şəxs edib. Uğur Kara binanın çökməsində onun tikintisini sifariş verən tikinti şirkətini günahlandırıb.

"Binanın özülünü atarkən keyfiyyətsiz dəmirdən istifadə edilirdi. Bundan başqa, göstəriş verilmişdi ki, 3 ton əvəzinə ora 2 ton dəmir töksünlər. Beton nəzarəti də edilmirdi. Beton zəif tökülmüşdü. Onlar həmin pulu necə yeyəcəklər?", - deyə Uğur Kara bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.