Dünya

AB rəsmilərindən Mirzoyana şok: Monoloqunuz yersizdir

10 Fevral 2023 08:22
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəl Brüsselə, sonra Berlinə səfər etmiş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşləri ilə bağlı diqqətçəkən epizodlar yayılır. Mirzoyan Brüsseldə AB və Avropa Parlamentinin nümayəndələri ilə görüşlərdə "üəryini açmaq" qərarına gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Ermənistan hakimiyyətinin geosiyasi üstünlükləri, Qarabağ "problemi" ilə bağlı planları barədə açıqlama verməyə çalışıb.

Eyni zamanda, Mirzoyan bütün bunları avropalılar üçün xoş gələn geosiyasi kursun çalarları ilə doldurmağa cəhd edib. O, Ermənistanın neytral mövqeyini və ittifaqdan kənar iş tərzini dəfələrlə vurğulayıb.

Erməni mənbələri qeyd edirlər ki, Avropa rəsmiləri XİN rəhbərinin bu çıxışlarına laqeyidlik nümayiş etdiriblər. Onlar əslində bu detalların Avropanı maraqlandırmadığına və belə görüşlərdə bu kimi monoloqların yersiz olduğuna eyham vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.