Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından xilas ediblər.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş video yayıb.
"Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023", - deyə diplomat qeyd edib.
Milli.Az