Dünya

Zelenski Kralla görüşdü

8 Fevral 2023 22:35
Baxış: 707
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsində Kral III Çarlzla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Məlumata görə, bu görüş Ukrayna-Britaniya münasibətləri tarixində Ukrayna prezidentinin Britaniya monarxı ilə ilk auditoriyası olub.

Zelenski Kral III Çarlzı taxta çıxması münasibətilə təbrik edib, Britaniya xalqına sülh və firavanlıq arzulayıb.

Prezident həmçinin Böyük Britaniya xalqına və hökumətinə minnətdarlığını bildirib, Böyük Britaniyanın Ukraynanın ən yaxın və mühüm müttəfiqlərindən biri olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.