Dünya

Ruslar hücuma cəhd edir, xeyli itki verir

3 Fevral 2023 08:06
Baxış: 1 148
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rus ordusu Liman, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarına cəhdə davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən müəyyən istiqamətlərdə fəal kəşfiyyat və hücuma hazırlıq işlərini davam etdirir, qoşunlarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Düşmənin şəxsi heyəti arasında xeyli itki var", - məlumatda bildirilib.

Cəbhənin digər istiqamətlərində isə rus ordusunun müdafiə olunduğu vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.