Dünya

Asiyanın ən zəngin adamı dəyişdi

2 Fevral 2023 09:19
Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanlı milyarder Qautam Adani Asiyanın ən zəngin adamı titulunu itirib. "Forbes" və "Bloomberg" ekspertləri onun sərvətini yenidən hesablayaraq azaldıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indi Asiyanın əsas varlısı başqa bir hindistanlı - Mukeş Ambanidir.

Qeyd edək ki, Adaninin sərvəti "Adani Group" konqlomeratının böyük şirkətlərinin səhmlərinin satılmasından sonra kəskin şəkildə azalıb.

Hazırda onun varidatı 75,1 milyard dollar qiymətləndirilir. Hindistanın ən böyük holdinqi "Reliance Industries"in sahibi Mukeş Ambani isə 83,7 milyard dollar sərvətə sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.