Dünya

"Yandex" "Alisa" proqramı ilə istifadəçiləri dinlədiyini etiraf edib

1 Fevral 2023 08:21
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yandex" "Alisa" süni intellekt proqramı istifadəçiləri hətta onun adı çağırılmadıqda belə bir neçə saniyə dinləyə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "The Moscow Times" portalı məlumat yayıb. Elə "Yandex" şirkətinin özü bununla bağlı proqram kodunun sızdığını etiraf etməyə məcbur olub.

"Yandex"in məlumatına görə, xidmətlərin düzgün işləməsini yoxlamaq üçün şirkət tərəfindən daxildə istifadə edilən test alqoritmləri var. Onlara görə həmin alqoritmlərdən istifadə zamanı işçilər tərəfindən dürüstlük və şəffaflıq prinsipləri pozulması halları mümkündür. "Yandex" buna görə istifadəçilərdən üzr də istəyib.

Yandex xidmətlərin mənbə kodunun sızmasını 28 yanvar 2023-cü ildə tanıyıb. Naməlum istifadəçi şəbəkədə sıxılmış formada həcmi 44,7 giqabayt olan arxivləri yerləşdirib. O, bu məlumatlara 2022-ci ilin iyulunda daxil olduğunu iddia edib.

"Meduza" saytı sızma məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəlib ki, "Yandex" əslində şəkillər və videolar üçün axtarış nəticələrini senzura edir. Məsələn, axtarış elə qurulub ki, Rusiya prezidenti Vladimir Putinin şəklini "keçəl", "bunker dədə" və "nə vaxt öləcək" (rusça "плешивый", "бункерный дед" и "когда он сдохнет") ifadələri ilə tapmaq mümkün olmasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.