Dünya

Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olub? - FOTO

17 Yanvar 2023 21:58
Baxış: 2 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar həyat yoldaşı Sümeyye Ərdoğanla tanışlıq heyakəsindən danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə suala "TV 100"də yayımlanan "Tolga Işıkla az öncə danışdım" verilişində cavab verib.

Aparıcının "Prezidentin qızı ilə tanış olan zaman qorxmadınızmı?" sualına Selçuk Bayraktar gülümsəyərək cavab verib.

Tanınmış iş adamı bildirib ki, atası Özdemir Bayraktarın Prezident Ərdoğanla, özünün isə Bilal Ərdoğanla daha əvvəldən tanışlığı olub.

Bayraktar, həyat yoldaşı Sümeyye Ərdoğanla ortaq dostu vasitəsilə tanış olduğunu bildirib:

"Həyat yoldaşımın lütfündən, nəcibliyindən və əxlaqından çox təsirləndim deyə bilərəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.