Dünya

Berlinin 6 ayda istehsal etdiyini Ukrayna bir günə atır

16 Yanvar 2023 05:14
Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın bir gündə istifadə etdiyi mərmilərin həcmi Almaniyanın 6 aylıq istehsalına bərabərdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının sabiq rəhbəri, alman diplomat Volfranq İşinger deyib.

Onun sözlərinə görə, müharibə iqtisadiyyatı Almaniyanın NATO və Avropadakı tərəfdaşları ilə koordinasiyada təşəbbüs göstərməsi və müharibə ilə əlaqədar Avropa müdafiə şirkətlərini daha çox silah və sursat istehsal etməyə çağırması anlamına gələcək:

"Söhbət təkcə tankların deyil, həm də artilleriya, döyüş sursatı, raketlər, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və daha çox şeylərin tədarükündən gedir".

O qeyd edib ki, Putinlə danışıqlar hazırda çox az şey verə bilər. Buna baxmayaraq, o, ünsiyyət kanallarının açıq qalmasını və danışıqların aparılmasını zəruri hesab edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.