Dünya

Ana-bala birləşib özlərinə meyit biznesi qurublarmış - FOTO

5 Yanvar 2023 17:55
Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Kolorado ştatında dəfn şirkəti cəsədləri yandırmaq əvəzinə onları hissələrə bölüb və satıb.

Bu barədə yerli prokurorluqdan xəbər verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, baş verənlərlə əlaqədar ştatın keçmiş dəfn direktoru Meqan Hessi həbsə məhkum olunub.

Qeyd edək ki, ABŞ-da transplantasiya üçün sənədsiz halda ürək, böyrək və vətərlər satıla bilməz. Bu səbəbdən Hess ancaq başlar, qollar və onurğa biznesi ilə məşğul olub (çünki bu bədən hissələri ilə bağlı ABŞ qanunlarında boşluqlar var).

Kremasiya xidmətlərinə görə qadın ailələrdən hər cəsəd üçün 1000 dollara qədər pul alıb,  mərhumun külü əvəzinə isə müxtəlif meyitlərin qalıqları ilə qarışdırılmış yanmış zibil verib.

Prokurorluğun məlumatına görə, Hess 200-dən çox ailəni aldadıb.

Məhkəmədə vəkili Hessin davranışının 18 yaşında aldığı travmatik beyin zədəsi ilə izah edilə biləcəyini və "sınmış insan" kimi psixoloji yardıma ehtiyacı olduğunu desə də, bu, hakimi qane etməyib.

Qadına 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa, qızına biznesində kömək edən 69 yaşlı ana Şirli Kox 15 il həbs cəzası alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.