Dünya

Qarabağdakı qondarma “ordu”nun 2 zabiti müttəhimlər kürsüsündə

4 Yanvar 2023 23:28
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Qarabağdakı qondarma "ordu"nun iki keçmiş komandirinə qarşı irəli sürülən ittihamları əsaslı sayıb.

Milli.Az bildirir ki, musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Cəlal Arutyunyan və Mikael Arzumanyana qarşı bir neçə epizod üzrə iş başlanılıb. A.Kərəmyan İctimai TV-yə müsahibəsində bildirib ki, istintaq yekunlaşmaq üzrədir. O, həmçinin İstintaq Komitəsinin lazım gələrsə, əlavə məlumat yayacağına söz verib.

Qeyd olunur ki, Arutyunyan ağır nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikada böyük itkilərə səbəb olan səhlənkarlıqda ittiham olunur. Arzumanyana qarşı da oxşar ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Azərbaycan silahlı qüvvələri Şuşanı və ona yaxın əraziləri tamamilə nəzarətə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.