Dünya

"Zelenski 20 milyard oğurlayıb, Qərb dözür"

30 Dekabr 2022 08:38
Baxış: 1 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna lideri Vladimir Zelenski qarşısına qoyulan tapşırıqları icra etdikcə, Vaşinqton onun Qərbin maliyyə yardımından oğurlamağına dözür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin sabiq başçısı Nikolay Azarov deyib.

"Hər kəs bu oğurluq barədə bilir, amerikalılar da bilir, sadəcə hələ ki, Zelenski qarşıya qoyulan məsələləri həll edir, Rusiyaya zərər vurur", - deyə o bildirib.

Siyasətçi əlavə edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası audit keçirsə, Zelenski üçün heç də xoş olmayacaq.

Onun sözlərinə görə, söhbət 20 milyard dolların oğurlanmasından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory