Dünya

Zelenski Ağ Evdə qarşılanıb - FOTO

21 Dekabr 2022 23:33
Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:33

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onu ABŞ prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb.

Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək. Bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.

-----------

22:33

"Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitterdə bildirib.

"Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.

Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq" - deyə Zelenski bildirib.

---------

22:03

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NBC kanalının jurnalisti Piter Aleksander məlumat yayıb.

---------

21:56

Ukrayna Prezidenti Volodimiz Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ukrayna prezidentinin Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.