Dünya

Monqolustandan kritik Rusiya açıqlaması: "Bizim üçün vacibdir"

17 Dekabr 2022 22:16
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyadan neft məhsullarının alınması Monqolustan üçün son dərəcə vacibdir, çünki bu, ölkəmizi nisbətən ucuz yanacaqla müntəzəm təmin etməyə imkan verir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Monqolustan baş nazirinin müavini Saynbuyangiyn Amarsayxan "Sky News" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, ölkəsi 100 faiz yanacaq-sürtkü materiallarını Rusiyadan idxal edir:

"Bu, ilk növbədə, Monqolustanın dənizə çıxışının olmaması, eləcə də Rusiya və Çin arasındakı qitədə yerləşməsi ilə bağlıdır".

Saynbuyangiyn Amarsayxan onu da bildirib ki, Avropadan bütün çatdırılmalar şimal qonşu - Rusiya vasitəsilə Monqolustana gedir.

O, Rusiyanı Monqolustanın tərəfdaşı adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.