Dünya

Lukaşenko qayınanasının köməyini etiraf etdi - VİDEO

3 Dekabr 2022 15:02
Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus Prezidenti Aleksandr Lukaşenko illər əvvəl qayınanasının ona kömək etdiyini etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Lukaşenko qeyd edib ki, jurnalist olmaq istəyib, lakin qayınanasının (o vaxt üçün gələcək qayınanasının) məsləhəti ilə tarix fakültəsinə daxil olub.

Dövlət başçısı ona minnətdar olduğunu bildirib. Bu məsləhətin onun gələcək taleyini həll etdiyi ehtimalına gəlincə isə cavab verib ki, "məsələ qayınanada deyil".

Lukaşenko 1975-ci ildə Moqilev Pedaqoji İnstitutunun Tarix fakültəsini tarix və ictimai elmlər ixtisası üzrə bitirib. Həmçinin 1985-ci ildə Moqilev vilayətinin Qorki şəhərində Belarus Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini bitirib. Burada təsərrüfatı istehsalının iqtisadçı-təşkilatçısı ixtisası üzrə qiyabi təhsil alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.