Dünya

Hindistanda sərnişin avtobusu aşdı - Xeyli sayda ölən və yaralanan var

19 Noyabr 2022 08:50
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttarakhand əyalətində sərnişin avtobusu 500 metr hündürlükdən dərəyə aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Bildirilib ki, avtomobil tutumundan çox sərnişin daşıdığı üçün yuvarlanıb.

Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və xilasetmə qrupları göndərilib.

Baş nazir Puşkar Sinq Dhami qəzada həyatını itirənlərə görə üzüldüyünü və ölənlərin ailələrinə maddi yardım ediləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.