Dünya

Su Yerə asteroidlərlə gəlib - Alimlər açıqladı

17 Noyabr 2022 17:54
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Analizlər nəticəsində məlum olub ki, ötən il Böyük Britaniyaya düşən asteroidin tərkibinin 11%-i su, 2%-i isə karbondur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "PA Media" məlumat yayıb.

Qlazqo Universitetinin müəllimi Luk Deylinin sözlərinə görə, meteoritin təhlili həyat mənbəyi olan suyun Yerdə necə yarandığı barədə fikir ortaya qoyur.

Kimyəvi analizlər göstərib ki, bu su Yerdəki suya çox oxşardır. Nümunələrin tərkibində həyatın yaranması üçün əsas komponentlərdən biri olan amin turşuları, molekullar da aşkar edilib.

Meteorit karbonlu xondritlər kimi tanınan nadir qaya sinfinə aiddir. Karbonlu xondritlər Yer kürəsində toplanan bütün meteoritlərin təxminən 3%-ni təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.