Məhkəmə ekspertizası fəaliyyəti sahəsind ə süni intellektin tətbiqi imkanlarının araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcək.
Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 - 2030-cu illər üçün Konsepsiya"da öz əksini tapıb.
2028-2030-cu illərdə Ekspertiza sahəsində süni intellektin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təcrübənin tətbiqi üçün zəruri tənzimləmənin və tələb olunan maddi-texniki infrastrukturun araşdırılması, bu sahədə süni intellektin imkanlarından istifadəyə dair təkliflər hazırlanması, aidiyyəti üzrə təqdim olunması, məhkəmə ekspertizası idarələrində süni intellektin tətbiqi imkanlarının gücləndirilməsi planlaşdırılır.
Milli.Az





