Dünya

Putin Türkmənistana səfər edəcək

11 Dekabr 2025 12:54
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin bu gün Türkmənistana iki günlük səfər edəcək. 

Milli.Az xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya liderini Türkmənistan prezidenti Serdar Berdımukqamedov dəvət edib.

Rusiya lideri paytaxt Aşqabadda keçiriləcək  tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Məlumata görə, Putin "Beynəlxalq sülh və etimad ili", Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak edəcək, onun xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər də gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.