Cəmiyyət

Məhkəmə ekspertizası sahəsində vahid informasiya sistemi yaradılacaq

11 Dekabr 2025 14:37
Baxış: 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə ekspertizası sahəsində vahid informasiya sisteminin fəaliyyətinin təşkili, dövlət orqanlarının (qurumlarının) aidiyyəti dövlət informasiya sistemlərinin və ehtiyatlarının həmin sistemə inteqrasiyasının təmin ediləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 - 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.

Məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsallaşdırılması üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, normativ hüquqi bazanın formalaşdırılması, məhkəmə ekspertizası idarələrinin müvafiq məlumat resurslarına tələbatının öyrənilməsi və bu istiqamətdə aidiyyəti qurumların elektron resurslarının imkanlarının təhlil edilməsi, məhkəmə ekspertizası fəaliyyəti subyektlərinin tələbatı və mövcud infrastrukturu nəzərə alınmaqla, müvafiq informasiya sisteminin formalaşdırılması, mərhələli istifadəyə verilməsi, məlumatların səmərəli inteqrasiyası, məhkəmə ekspertizası fəaliyyətinin informasiya sistemi üzərindən də həyata keçirilməsi, bununla da məlumatların toplanılmasının, saxlanılmasının və təhlilinin asanlaşdırılması, ekspertiza xidmətinin daha sürətli və səmərəli təşkil edilməsi, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası idarələri arasında məlumat mübadiləsinin aidiyyəti dövlət informasiya sistemləri və ehtiyatları vasitəsilə aparılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.